AZ

Ukrayna Rusiyanın dərinliklərinə zərbələr endirəcək

Ukrayna

Amerika Birləşmiş Ştatları Ukraynaya təkcə Xarkov bölgəsi yaxınlığında yerləşən qüvvələri deyil, sərhədi keçərək hücum edən istənilən Rusiya qüvvəsini məğlub etmək üçün Amerika silahlarından istifadəyə icazə verib.

Reyting.az
-ın xəbərinə görə, bu barədə “Politico” nəşri yazıb.

Bildirilir ki, Birləşmiş Ştatlar Xarkov vilayəti ilə sərhədə yaxın hədəfləri vurmağa icazə verdiyi vaxtdan Ukrayna qoşunları Rusiya ərazisinə zərbələr endirmək üçün ən azı bir dəfə Amerika silahlarından istifadə edib. Daha sonra Belqorod vilayətindəki hədəflər məhv edilib. Lakin Ukrayna və digər Avropa rəsmiləri Birləşmiş Ştatlara məhdudiyyətləri daha da yumşaltmaq üçün təzyiq göstəriblər ki, bu da Ukraynaya Rusiyanın istənilən yerində hədəfləri vurmağa imkan verir.

Ağ evin milli təhlükəsizlik üzrə müşaviri Cek Sallivan PBS telekanalına müsahibəsində deyib ki, Rusiyaya zərbələrlə bağlı ABŞ-nın Ukrayna ilə razılaşması “Rusiya qoşunlarının daha çox Ukrayna ərazisini ələ keçirməyə cəhd etmək üçün Ukrayna tərəfinə keçdiyi istənilən yeri” əhatə edir.

Anonimlik şərti ilə danışan iki amerikalı məmur vurğulayıb ki, Ukraynanın “sərhədin istənilən yerindən atəşə cavab olaraq” Rusiya ərazisinə zərbələr endirməsinə icazə verilməsi Ağ evin siyasətində dəyişiklik deyil. Rəsmilərdən biri bildirib ki, bu, əvvəlcə yalnız Rusiyanın Xarkov hücumu kontekstində nəzərdən keçirilib, lakin digər transsərhəd hücumlara cavab olaraq zərbələrin endirilməsi ehtimalını istisna etmir.

Qeyd edək ki, Qərb silahlarından istifadə etməklə Rusiya ərazisindəki hədəflərə zərbələr endirməyə icazə verən təkcə ABŞ deyil. Bu qərarı Almaniya da dəstəkləyib. Bundan əlavə, Polşa, Çexiya, Litva, Latviya, Estoniya, Böyük Britaniya, Danimarka və bir sıra digər ölkələr də Rusiya Federasiyasına Qərb silahları ilə zərbə vurmağı müdafiə edirlər.

ELÇİN
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
47
50
reyting.az

10Mənbələr