EN

Dövlət qurumu işçi axtarır - VAKANSİYA

Dövlət qurumu

Satınalma üzrə mütəxəssis

Son tarix 12 iyl 2024 - [email protected]

Vəzifə öhdəlikləri:

  • Satınalmaların planlaşdırılması və struktur bölmələrin təlabatlarını öncədən müəyyənləşdirmək məqsədilə məlumatların tələb edilməsi;
  • İllik satınalma planının hazırlanmasını və qanunda müəyyən edilmiş müddət ərzində dövlət satınalmalarının vahid internet portalında yerləşdirilməsini təmin etmək;
  • Satinalma müsabiqəsinin əsas şərtlər toplusunun hazırlanması;
  • Dövlət satınalmalarının vahid internet portalında elanların dərc olunması;
  • Ehtimal olunan qiymətin hesablanması üçün bazar araşdırılmasının aparılması və  müvafiq formanın təsdiq etdirilməsi;
  • Elektron satınalmalar portalında satınalma proseduru ilə bağlı elanların yerləşdirilməsi;
  • İxtisaslaşmış malgöndərənlərin siyahısının hazırlanması və onlara dəvət məktublarının göndərilməsi;
  • Dövlət satınalmalar haqqında qanunun tələblərinə uyğun olaraq satınalma prosedurlarının həyata keçirilməsi, tenderin əsas şərtlər toplusunun, iclas protokolunun, yekun protokolun hazırlanması və komissiya üzvləri tərəfindən təsdiq edilməsi üçün zəruri tədbirlərin görülməsi;
  • Satınalmaların nəticəsi ilə bağlı yekun protokolun müvafiq dövlət orqanına göndərilməsi və qeydiyyata alınması ilə bağlı prosesin nəzarətdə saxlanılması;
  • Satınalmaların nəticəsi ilə bağlı bildirişin və müqavilə məlumatının qanunda müəyyən edilmiş müddət ərzində elektron satınalmalar portalında yerləşdirilməsinin təmin edilməsi və iddiaçı şirkətlərə bununla bağlı aksept və məlumat xarakterli məktubların göndərilməsi;
  • Satınalma komissiyasının işinin təşkili, iddiaçılardan daxil olan sorğuların cavablandırılması;
  • Satınalma müqavilələrinin hazırlanması, təsdiq etdirilməsi, əlavə və dəyişikliklərin hazırlanması, ləğv edilməsi, icrasına nəzarət edilməsi və reyestrinin aparılması;
  • Daxil olmuş hesab fakturaların, aktların müqavilə öhdəliklərinə uyğunluğunun yoxlanılması;
  • Müəssisədə həyata keçirilən satınalma prosedurları ilə bağlı rəhbərlik və digər dövlət orqanları üçün hesabatları hazırlamaq və s;
  • Fəaliyyət istiqaməti üzrə hesabatların hazırlanması;
  • Dövlət qurumunun büdcə layihəsinin hazırlanmasında iştirak etmək.

Vəzifə üzrə tələblər:

  • Ali təhsil (maliyyə, iqtisadiyyat);
  • Dövlət satınalmaları üzrə ən azı 2 il iş təcrübəsi; 
  • Dövlət satınalmaları haqqında AR qanunvericiliyini bilməli;
  • etender.gov.az portalından istifadə edə bilməli; 
  • Azərbaycan dilini sərbəst bilməli (rus və ingilis dili arzuolunandır);
  • Word, Excel və ERP proqramları ilə işləmək bacarığı.

İş şəraiti:

  • 5 günlük iş həftəsi (Bazar ertəsi-Cümə) ; 
  • Korporativ nömrə ilə təmin olunma ; 
  • Əmək məzuniyyəti: 30 təqvim günü;
  • Əmək haqqı bazar rəqabətlidir.

Müvafiq tələblərə uyğun olan namizədlər mövzu hissəsində  “Satınalma üzrə mütəxəssis” qeyd etməklə CV-lərini e-mail ünvanına göndərə bilərlər. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
44
50
fed.az

10Sources