AZ

"Veysəloğlu MMC" işçilər axtarır - VAKANSİYALAR

Veysəloğlu MMC

Daxili Nəzarət üzrə mütəxəssis

Son tarix 14 iyl 2024 - [email protected]

İş yeri: Bakı şəhəri
İş qrafiki: Həftənin 5 günü saat 08:00-dan 17:00-dək 

Vəzifə öhdəlikləri:

  • Şirkətin müxtəlif strukturlarında mütəmadi olaraq yoxlamalar aparmaq;
  • Yoxlamaların nəticələri haqqında rəhbərliyə hesabatlar təqdim etmək; 
  • İş bölgüsü əsasında rəhbərlik tərəfindən verilmiş digər tapşırıqları icra etmək; 
  • Nəzarət fəaliyyətləri çərçivəsində aşkar edilmiş çatışmazlıqları, dələduzluq hallarını aktlaşdırmaq və onların aradan qaldırılması istiqamətində tədbirlər görmək;
  • Rəhbərlik tərəfindən verilən digər tapşırıqların icrası.

Tələblər:

  • Ali iqtisadi təhsil;
  • Müvafiq sahədə minimum 1 il iş təcrübəsi;
  • Dəqiq və məsuliyyətli olmaq;
  • Yüksək analitik təhlil qabiliyyəti;
  • MS Office proqramları biliyi (sertifikat olması üstünlükdür);
  • Komandada işləmək bacarığı;
  • Mübahisə və problemlərlə qarşılaşan zaman yerində həll etmə bacarığı;
  • Şəxsi avtomobil mütləqdir;
  • Ölkə ərazisi üzrə ezamiyyətlərə gedə bilmək.

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar: Nahar ilə təmin edilmə;

İş qrafiki:  Həftənin 5 günü saat 08:00-dan 17:00-dək

Müraciət qaydaları: Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Daxili Nəzarət üzrə mütəxəssis” qeyd etməklə [email protected] və https://karyera.veyseloglu.az/ elektron poçt ünvanına göndərə bilərlər.
 
Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.

 

Aparıcı Maliyyəçi-Analitik

 Son tarix 14 iyl 2024 - [email protected]

İş yeri: Bakı şəhəri
İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək 

İşin təsviri: Maliyyə hesabatlarında və biznes planlarda müxtəlif məlumatları təhlil edərək maliyyə modelləri və qiymətləndirmə üçün zəmin yaratmaq, yeni biznes imkanlarını, iqtisadi trendləri araşdıraraq tətbiqi yollarını təklif etmək.

Vəzifə öhdəlikləri:

  • İllik, aylıq  və həftəlik olmaqla fabriklər üzrə büdcə və proqnoz maliyyə hesabatları hazırlamaq;
  • Qənaət rejiminin təmin edilməsilə bağlı hesabatlar əsasında təkliflər vermək;
  • Biznesə nəzarət üzrə hesabatların hazırlanması və təqdim edilməsində iştirak etmək;
  • Biznes üzrə analitik təhlillərin aparılmasını və optimal həll yollarının araşdırılmasını təmin etmək;
  • Təqdim olunan büdcə ilə fakt xərclərin analizini etmək və kənarlaşmaların izahını vermək.

Tələblər:

  • Maliyyə/Biznesin idarəedilməsi sahələrində bakalavr dərəcəsi;
  • Beynəlxalq maliyyə üzrə F3-Financial Accounting, F2-Management Accounting sertifikatları; 
  • Minimum 2 il müvafiq sahədə peşəkar təcrübə;
  • Yüksək səviyyədə ingilis və rus dili biliyi;
  • Maliyyə hesabatlarının təhlili, şirkətin qiymətləndirilməsi bacarıqları;
  • Analitik və strateji baxış bacarıqları;
  • Biznesin planlaşdırılmasına dəstək vermək üçün biznes haqda anlayış;
  • Yüksək səviyyəli analitik bacarıqlar;
  • MS Office kompüter proqramları biliyi;
  • Power Bİ və SAP roqramından istifadə təcrübəsi arzuolunandır;

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar: Nahar ilə təmin edilmə;

İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək

Müraciət qaydaları: Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Aparıcı Maliyyəçi-analitik” qeyd etməklə [email protected] və https://karyera.veyseloglu.az/ elektron poçt ünvanına göndərə bilərlər.
 
Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.

Seçilən
106
50
fed.az

10Mənbələr