AZ

Statik avadanlıqlar üzə mühəndis - VAKANSİYA

"SOCAR Downstream Management" Statik avadanlıqlar üzə mühəndis vəzifəsinə vakansiya elan edir.

Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir.

Vəzifənin məqsədi:

Zavod ərazisində cavabdeh olduğu avadanlığın və texniki vasitələrin təmiri və təmiri üçün əvvəlcədən qəbul edilmiş yazılı və şifahi göstərişlər,standartlar çərçivəsində həyata keçirilməlidir.İşçi vəzifələrini Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə müəyyən edilmiş qaydalara uyğun olaraq riayət etmək məsuliyyətini daşıyır.

Vəzifə öhdəlikləri:

  • SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin mühafizəsi) standartlarına, qanunla müəyyənləşdirilmiş tələblərinə, istismar qaydalarına, qurumun prosedurlarına riayət edilməs.
  • İş yerlərini təmiz saxlamaq, tullantıların idarəedilməsi proseduruna (EİP 02/10) riayət etmək. İş sahəsində lazımi materialların, alətlərin və avadanlıqların vaxtında təmin olunması. İş bitdikdən sonra iş yerinin və alətlərin təmiz saxlanması, ətraf mühitin çirklənməsinin qarşısını alınması, iş vəzifə səlahiyyətini aşan vəziyyətlərdə “rəhbərinə”ə xəbər verməsini təmin etmək.
  • Cari təmir çatışmazlıqlarını və nasazlıqlarını aradan qaldırmaq, əlavə quraşdırma, montaj işlərinin təlimat və standartlara uyğun edilməsi barədə rəhbərinin yazılı və ya şifahi şəkildə təqdim etdiyi təlimatlara riayət etmək. 
  • Yanğın, təbii fəlakətlər zamanı aldığı təlim və təyinata müvafiq olaraq müdaxilə etmək.
  • Tələb olunan materialları və ehtiyat hissələrini anbardan çıxarmaq, materiallardan yerində, düzgün və qənaətlə istifadə etməklə verilmiş işləri vaxtında yerinə yetirmək.
  • İnteqrasiya idarəetmə sistemləri fəaliyyətlərinə uyğun olaraq, birbaşa və ya dolayı yolla öz səlahiyyətləri daxilində olan, birlikdə planlaşdırma, tətbiq etmə, monitorinq və təkmilləşdirmə fəaliyyətlərini effektiv şəkildə həyata keçirmək
  • SAP sistemi üzərindən günlük və həftəlik işlərin texniklər arasında bölüşdürülməsi, cari, əsaslı təmir bərpa sınaq-sazlama işlərini təşkil etməli və görülən işə (onun keyfiyyətinə) nəzarət etmək
  • SAP sistemi üzərindən yeni iş bildirişinin yaradılması, iş sifarişlərinin yoxlanılması və lazımi tədbirlərin görülməsi
  • Ehtiyat hissələrin müəyyən edilməsi və sifarişinin SAP sistemi üzərindən izlənilməsi
  • Statik avadanlıqların təmir işləri ilə əlaqədar həftəlik və aylıq hesabatların hazırlanması
  • Statik avadanlıqlar üçün illik xərclərin büdcəyə uyğunluğunun izlənilməsi
  • Hazırlanmış iş qrafikinə və onun mahiyyətinə uyğun olaraq tabeçiliyində olan işçilərin işlər üzrə bölüşdürülməsini təmin etmək, verilən tapşırıqların vaxtında başa çatdırılması üçün işlərin daimi izlənilməsi, nəzarəti altında olan işçilərin komanda kimi çalışmasını təmin etmək və bağlı olduğu rəhbərə hesabatın hazırlanması
  • Nəzarəti altında olan işçilərə lazımi təlimlərin verilməsi, ehtiyac olunan təlimlər haqqında məlumatı və aparılan təlimlərin qiymətləndirmə nəticəsinin böyük mühəndisə vaxtında bildirilməsi
  • Məsuliyyəti altında çalışan şəxslərdən təkliflərin şərhi və onlar barədə öz rəhbərinə: mükafat, tanınma, təqdiretmə və cəzalandırma ilə bağlı qaydalara uyğun olaraq tövsiyələrin verilməsi
  • Podratçı şirkətin statik avadanlıqlar ilə əlaqədar görəcəyi işlərinin düzgün yerinə yetirilməsinə nəzarət edilməsi
  • Qəza duruşlarında statik avadanlıqların nasazlıqlarının müvafiq təlimatlara əsasən ən qısa zaman çərçivəsində aradan qaldırılması
  • Mərkəzləşmiş təmir qaydalarına uyğun olaraq zavodda bütün qurğular üzrə fəaliyyətin göstərulməsi
  • İşlədiyi struktur bölmələrdə bütün statik avadanlıqların təftişinin, təmirinin önləyici və bərpaedici qaydalara, yoxlama siyahılarına və təlimatlara uyğun olaraq yerinə yetirməsi
  • Çalışdığı bölmədə rəhbərinin bütün göstərişlərinə əməl edilməsi
  • Zavodda baş verəcək korporativ mədəniyyət dəyişikliyinə töhfələrin verilməsi, yeni işləmə prosesinə sürətli şəkildə uyğunlaşması 

Tələblər:

  • Ali Təhsil ( İxtisasa uyğun diplom, beynəlxalq və yerli standartların tələblərinə cavab verən sertfikatlar)
  • Mexaniki sxemlərin və P&ID oxunması
  • Kalonların, siyirtmələrin, qoruyucu klapanların, buxar tutucularının, müxtəlif növ istilik dəyişdiricilərin, tutumların və s. təftiş və təmir bacarığının olması  
  • Təcrübə - 3 il

Müraciət forması:

Müraciət üçün uyğun namizədlərdən CV-lərini  “mövzu” hissəsində vakansiyanın adını “Mərkəzi emalatxana Qaynaq üzrə Mühəndis” yazmaqla elektron ünvanına (recruitment@socardownstream.az) göndərmələri xahiş olunur.

Son müraciət tarixi: 30.06.2024

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
50
fins.az

10Mənbələr