EN

Ukrayna Aİ-yə üzvlük danışıqlarına başlamaq üçün bütün tələbləri yerinə yetirib

Ukrayna Aİ-yə üzvlük danışıqlarına başlamaq üçün bütün tələbləri yerinə yetirib.

 

Modern.az BBC-yə istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Ukraynanın bərpası ilə bağlı keçirilən konfransda təsdiqləyib.

 

O deyib ki, Kiyev Aİ-yə daxil olmaq üzrə danışıqlara başlamaq üçün bütün lazımi addımları atıb.

 

“Ukrayna bizim müəyyən etdiyimiz bütün addımları tamamlayıb. Buna görə də biz hesab edirik ki, Aİ bu ayın sonuna qədər Kiyevlə üzvlük danışıqlarına başlamalıdır”, - nəşr Avropa Komissiyasının rəhbərindən sitat gətirir.

 

İyunun 7-də Avropa Komissiyası Ukrayna və Moldovada bu ölkələrin Aİ-yə daxil olması ilə bağlı danışıqlara başlamaq üçün zəruri olan islahatların gedişatını müsbət qiymətləndirib. Lakin Macarıstanın etirazları səbəbindən Aİ səfirlərinin görüşündə Ukraynanın Avropa İttifaqına daxil olması ilə bağlı danışıqlara başlamaq qərarı verilə bilməyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
97
50
modern.az

10Sources