AZ

“Türkiyə ilə münasibətlərin qurulması Ermənistanda siyasi böhrana səbəb olmayacaq...”

“Əgər Azərbaycanla sülh müqaviləsi imzalansa, Türkiyə, xüsusən də sazişlərin həyata keçirilməsinə  yəni üçüncü ölkə vətəndaşları, eləcə də Türkiyə diplomatik pasportu olan şəxslər üçün sərhədlərin açılmasına razı olacaq...”
 
“Müstəqillik əldə etdikdən sonra Ermənistan siyasi isteblişmenti Ermənistan-Türkiyə münasibətlərini yaxşılaşdırmağa çalışıb. Türkiyə ilə münasibətlərin qurulması prosesi ölkədə daxili siyasi böhrana səbəb olmayacaq”.
 
Moderator.az xəbər verir ki, bunu erməni türkoloq Ruben Safrastyan “Kavkazskiy uzel” nəşrinə açıqlamasında bildirib.
“Sərhədin bağlanması ilə bağlı iqtisadi amil əsas rol oynayıb və oynamaqda davam edir, sərhədlərin açılması təbii ki, iqtisadi artımı təmin edəcək. Əlbəttə, risklər var, amma bu riskləri idarə etmək olar”, - deyə türkoloq izah edib.
 
Safrastyan Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması perspektivlərini qiymətləndirməkdən yayınıb. 
 
“Türkiyə şərtlər irəli sürüb. Və bu gün Türkiyə hakimiyyəti münasibətlərin normallaşması prosesini Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması ilə əlaqələndirir. Bundan sonra rəsmi Ankara müəyyən addımlar atacaq”, - deyə erməni mütəxəssis əlavə edib.
 
Safrastyan hesab edir ki, Türkiyə həmçinin Sünik vasitəsilə eksterritorial dəhlizin açılmasını tələb edir.
 
“Əgər Azərbaycanla sülh müqaviləsi imzalansa, Türkiyə, xüsusən də sazişlərin həyata keçirilməsinə  yəni üçüncü ölkə vətəndaşları, eləcə də Türkiyə diplomatik pasportu olan şəxslər üçün sərhədlərin açılmasına razı olacaq. Türkiyə sərhədlərin açılmasını Ermənistana birbaşa təzyiq vasitəsi kimi istifadə edəcək. Hətta sülh imzalandıqdan sonra da- ekstraterritorial dəhlizə nail olana qədər”,- deyə Safrastyan vurğulayıb.
 
Türkoloq əlavə edib ki, Türkiyə Azərbaycanı hərbi əməliyyatlara başlamaqdan çəkindirməyə qadirdir, üstəlik, Türkiyə və Azərbaycan birgə hərəkət edir...
 
S.Laçın
 
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
50
moderator.az

10Mənbələr