EN

Ukrayna sammitində iştirak edəcək ölkələrin sayı

İyunun 15-16-da İsveçrənin Bürgenstok şəhərində keçiriləcək Ukrayna münaqişəsinin həlli üzrə sülh konfransında iştirak etmək üçün artıq dünyanın 90 ölkəsi qeydiyyatdan keçib.

Oxu24.com xəbər verir ki, bu barədə İsveçrə prezidenti Viola Amqerd bildirib.

“Bu gün 90 dövlət qeydiyyatdan keçib, onların yarısı Avropa və Şimali Amerikadan, digər yarısı Cənubi Amerika, Afrika, Yaxın Şərq və Asiyadandır”, - deyə dövlət başçısı bildirib.

Amqerd həmçinin Ukrayna üzrə iyun sammitinin Rusiyanın növbəti görüşdə iştirakını təmin edə biləcəyinə ümid etdiyini bildirib.

Mənbə: Mk.ru

Yeganə

Həmçinin oxuyun: //oxu24.com/az/dunya/111483/isvecre-prezidenti-rusiyanin-sulh-sammitinde-istirakina-umidlidir/
 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
72
10
oxu24.com

10Sources