EN

Netanyahu İsrailin müdafiə nazirindən BUNU xahiş etdi

İsrailin baş naziri Benyamin Netanyahu İsrailin istefa vermiş müdafiə naziri Benni Qantzdan HƏMAS-ın 7 oktyabr hücumlarından dərhal sonra yaradılan fövqəladə hökumətdən çıxmaq qərarına yenidən baxmağı xahiş edib.

Oxu24.com xəbər verir ki, bu barədə əvvəlcə Thehill.com məlumat yayıb.

“İsrail bir neçə cəbhədə ekzistensial müharibə aparır. Benni, indi hərbi kampaniyadan əl çəkməyin vaxtı deyil, indi qüvvələri birləşdirməyin vaxtıdır”, - deyə Netanyahu Qantza çağırış edib.

Qeyd edək ki, Benni Qantz üç həftə əvvəl Netanyahunu Qəzza zolağında əməliyyatla bağlı dəqiq planın olmamasına görə tənqid etmişdi. O, HƏMAS-ın saxladığı girovları azad etmək üçün yeni həll yolları olmasa, müharibə kabinetini tərk edəcəyinə söz verib.

İyunun 8-də isə məlum olub ki, İsrail Müdafiə Qüvvələri Fələstinin HƏMAS qruplaşması tərəfindən əsir götürülən 4 girovu azad edib. Azad edilənlər arasında Rusiya vətəndaşı 27 yaşlı Andrey Kozlov da var. 

Mənbə: TASS.ru

Yeganə
 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
44
3
oxu24.com

4Sources