AZ

Netanyahu müxalifət lideri Qantsı hərbi kabineti tərk etməməyə çağırıb

“Benni, indi hərbi kabinetdən çıxmaq vaxtı deyil - indi qüvvələri birləşdirməyin vaxtıdır”
İsrailin Baş naziri Benyamin Netanyahu müxalifət lideri Benni Qantzdan HƏMAS-ın 7 oktyabr hücumlarından dərhal sonra yaradılan fövqəladə hökumətdən çıxmaq qərarına yenidən baxmağı xahiş edib. AYNA xəbər verir ki, bu barədə “The Hill” məlumat yayıb.
“İsrail bir neçə cəbhədə ekzistensial müharibə aparır. Benni, indi hərbi kabinetdən çıxmaq vaxtı deyil - indi qüvvələri birləşdirməyin vaxtıdır”, - Netanyahu deyib.
Qeyd olunub ki, Benni Qantz üç həftə əvvəl Netanyahunu Qəzza zolağında əməliyyatla bağlı dəqiq planın olmamasına görə tənqid edib. O, HƏMAS-ın saxladığı girovları azad etmək üçün yeni həll yolları olmasa, müharibə kabinetini tərk edəcəyinə söz verib.
İyunun 8-də məlum olub ki, İsrail Müdafiə Qüvvələri (IDF) Fələstinin HƏMAS qruplaşması tərəfindən əsir götürülən 4 girovu azad edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
28
3
ayna.az

4Mənbələr