AZ

Netanyahu Qantzadan BUNU xahiş etdi

İsrailin baş naziri Benyamin Netanyahu İsrailin istefa vermiş müdafiə naziri Benni Qantzdan HƏMAS-ın 7 oktyabr hücumlarından dərhal sonra yaradılan fövqəladə hökumətdən çıxmaq qərarına yenidən baxmağı xahiş edib.Elchi.az TASS.ru-ya istinadən xəbər verir ki, bu barədə əvvəlcə Thehill.com məlumat yayıb.“İsrail bir neçə cəbhədə ekzistensial müharibə aparır. Benni, indi hərbi kampaniyadan əl çəkməyin vaxtı deyil, indi qüvvələri birləşdirməyin vaxtıdır”, – deyə Netanyahu Qantza çağırış edib.Qeyd edək ki, Benni Qantz üç həftə əvvəl Netanyahunu Qəzza zolağında əməliyyatla bağlı dəqiq planın olmamasına görə tənqid etmişdi. O, HƏMAS-ın saxladığı girovları azad etmək üçün yeni həll yolları olmasa, müharibə kabinetini tərk edəcəyinə söz verib.İyunun 8-də isə məlum olub ki, İsrail Müdafiə Qüvvələri Fələstinin HƏMAS qruplaşması tərəfindən əsir götürülən 4 girovu azad edib. Azad edilənlər arasında Rusiya vətəndaşı 27 yaşlı Andrey Kozlov da var.Yeganə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
3
elchi.az

4Mənbələr