EN

İki avtomobil toqquşdu - ölən və yaralananların kimliyi məlum oldu

Lənkəranda baş verən qəzada xəsarət alanların kimliyi məlum olub.

News365.Az APA-ya istinadən bildirir ki, xəsarət alanlar "Tayota Prado"-nun sürücüsü Bakı şəhər Xəzər rayonun Binə qəsəbə sakini 1982-ci il təvəllüdlü Məmməd Rəcəbov, "Mercedes"-in sürücüsü Lənkəran rayonunun Haftoni kənd sakini 1981-ci il təvəllüdlü Mühəndis Rzayev, eləcə də hər iki nəqliyyat vasitəsində sərnişin qismində olan Lənkəran rayon sakini 1967-ci il təvəllüdlü Məlahət Mahmudova, 2014-cü il təvəllüdlü Akif Mahmudov, Lerik rayonunun Bırkandul kənd sakini 1998-ci il təvəllüdlü Alqayıt Əliyev, Bakı şəhər Binə qəsəbə sakini 2008-ci il təvəllüdlü Eldar Rəcəbli, 2013-cü il təvəllüdlü Hüseyn Rəcəblidir.

Yaralılardan 10 yaşlı Akif Mahmudov və 57 yaşlı Məlahət Mahmudovanın vəziyyətləri ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdiriliblər. Akif Mahmudovun hələ də komada olduğu bildirilir.


Chosen
111
5
news365.az

10Sources