AZ

Ələt-Astara magistralında iki avtomobil toqquşub

Ölən və yaralananlar olub
Lənkəranda baş verən qəzada xəsarət alanların kimliyi məlum olub. AYNA-nın APA-ya istinadən verdiyi xəbərə görə, xəsarət alanlar “Tayota Prado”-nun sürücüsü Bakı şəhər Xəzər rayonun Binə qəsəbə sakini 1982-ci il təvəllüdlü Məmməd Rəcəbov, “Mercedes”-in sürücüsü Lənkəran rayonunun Haftoni kənd sakini 1981-ci il təvəllüdlü Mühəndis Rzayev, eləcə də hər iki nəqliyyat vasitəsində sərnişin qismində olan Lənkəran rayon sakini 1967-ci il təvəllüdlü Məlahət Mahmudova, 2014-cü il təvəllüdlü Akif Mahmudov, Lerik rayonunun Bırkandul kənd sakini 1998-ci il təvəllüdlü Alqayıt Əliyev, Bakı şəhər Binə qəsəbə sakini 2008-ci il təvəllüdlü Eldar Rəcəbli, 2013-cü il təvəllüdlü Hüseyn Rəcəblidir.
Yaralılardan 10 yaşlı Akif Mahmudov və 57 yaşlı Məlahət Mahmudovanın vəziyyətləri ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdiriliblər. Akif Mahmudovun hələ də komada olduğu bildirilir.
Qeyd edək ki, bu gün saat 12:40 radələrində Ələt-Astara magistral yolunun Lənkəran rayonu Boladi kəndindən keçən hissəsində baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsində 5 nəfər (kişi cinsli), 1 nəfər (qadın cinsli), 1 nəfər (uşaq) "qapalı kəllə-beyin travmasl, çənə sümüyünün sınığı, sol kürək sümüyünün sınığı, alnın sıyrılmış yarası, üz nayihəsinin sıyrıntıs, sol əlin küt travması, dəqiqləşdirilməmiş koma" diaqnozları ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
83
4
ayna.az

10Mənbələr