AZ

Lənkəranda ağır yol qəzası olub: ölən və yaralananlar var

Yazını böyüt
Yazını kiçilt

Lənkəranda iki minik avtomobilinin toqquşması ilə nəticələnən ağır yol qəzası baş verib.

Hafta.az xəbər verir ki, hadisə Bakı-Ələt-Astara magistralının 152-ci kilometrliyində, Lənkəran rayonu ərazisində baş verib.

Qəza nəticəsində xəsarət alanlar sürücülər, Bakı şəhər Xəzər rayonunun Binə qəsəbə sakini, 1982-ci il təvəllüdlü Məmməd Rəcəbov, Lənkəran rayonunun Haftoni kənd sakini, 1981-ci il təvəllüdlü Mühəndis Rzayev, eləcə də hər iki nəqliyyat vasitəsində sərnişin qismində olanlar, Lənkəran rayon sakini, 1967-ci il təvəllüdlü Məlahət Mahmudova, 2014-cü il təvəllüdlü Akif Mahmudov, Lerik rayonunun Bırkandul kənd sakini, 1998-ci il təvəllüdlü Alqayıt Əliyev, Bakı şəhər Binə qəsəbə sakini 2008-ci il təvəllüdlü Eldar Rəcəbli, 2013-cü il təvəllüdlü Hüseyn Rəcəblidir.

Yaralılardan 10 yaşlı Akif Mahmudov və 57 yaşlı Məlahət Mahmudovanın vəziyyətləri ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdiriliblər.

Hadisə nəticəsində 1 nəfərin həkiməqədər ölüm faktı təsdiqlənib.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
79
7
hafta.az

10Mənbələr