EN

Azərbaycan basketbol millisi Ermənistanla qarşılaşacaq

Bu gün Azərbaycanın kişilərdən ibarət 3x3 basketbol millisi Avropa Kubokunda ilk oyununa çıxacaq.

"Unikal" xəbər verir ki, yığma Kosovonun paytaxtı Priştina şəhərində Ermənistanla üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 11:30-da start götürəcək.

Komandamız eyni gündə daha üç matç keçirəcək. Yığma müvafiq olaraq Kosovo, Kipr və Albaniya ilə qarşılaşacaq.

Chosen
219
28
unikal.az

10Sources