AZ

İngiltərə Danimarka ilə bacarmadı

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında qrup mərhələsinin II turunda növbəti oyun keçirilib.

 

Modern.az xəbər verir ki, C qrupunun ikinci oyununda Danimarka və İngiltərə yığmaları üz-üzə gəlib. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

 

Hesabı 18-ci dəqiqədə ingilislərin heyətində Harri Keyn açıb. Danimarkanın heyətində isə 34-cü dəqiqədə Morten Hyulmand fərqlənib.

 

Qrupun ilk oyunu olan Sloveniya - Serbiya görüşü də bərabərliklə başa çatıb - 1:1.

 

Günə B qrupunda reallaşacaq İspaniya - İtaliya oyunu ilə yekun vurulacaq. Matç 23:00-da start götürəcək.

 

Qeyd edək ki, Avropa çempionatına iyulun 14-də yekun vurulacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
68
5
modern.az

10Mənbələr