AZ

Azərbaycan millisi İtaliyanı məğlub ETDİ

Bosniya və Hersoqovinada keçirilən minifutbol üzrə Avropa çempionatı davam edir.

"Unikal"  xəbər verir ki, yarışda mübarizə aparan Azərbaycan millisi növbəti oyununu keçirib. İtaliya millisi ilə üz-üzə gələn yığma 2:1 hesabı ilə qələbə qazanıb.

Millimizin heyətində 19-cu dəqiqədə Rəvan Kərimov, 45-ci dəqiqədə isə Mirmehdi Rzayev fərqlənib. İtaliyanın yeganə qoluna isə 18-ci dəqiqədə Vasçelo imza atıb.

Qeyd edək ki, Azərbaycan millisi dünən ilk matçında Belçikaya (3:0) qalib gəlib. İtaliya isə Fransaya uduzub – 1:3. Elşad Quliyevin yetirmələri iyunun 4-də Fransa ilə qarşılaşacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
151
28
unikal.az

10Mənbələr