Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında qrup mərhələsinin II turunda növbəti oyun keçirilib.
C qrupunun ikinci oyununda Danimarka və İngiltərə yığmaları üz-üzə gəlib. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Hesabı 18-ci dəqiqədə ingilislərin heyətində Harri Keyn açıb. Danimarkanın heyətində isə 34-cü dəqiqədə Morten Hyulmand fərqlənib.
Qrupun ilk oyunu olan Sloveniya – Serbiya görüşü də bərabərliklə başa çatıb – 1:1.
Günə B qrupunda reallaşacaq İspaniya – İtaliya oyunu ilə yekun vurulacaq. Matç 23:00-da start götürəcək.
Qeyd edək ki, Avropa çempionatına iyulun 14-də yekun vurulacaq.