EN

"Putin NATO-dan çəkinir və onunla döyüşmək istəmir" - Podolyak

"Putin yalnız kiçik ölkələrə qarşı döyüşə bilər, Ukraynaya qarşı savaşmaq xeyli çətindir..."
 
Ukrayna prezidenti Ofisi rəhbərinin müşaviri Mixail Podolyak bəyan edib ki, əslində Putin NATO-dan çəkinir və böyük dövlətlərə qarşı döyüşə bilmir, ona görə də onun mətbuat konfransı Ukraynaya silah verməməyə çağırışa həsr edilib.
 
Moderator.az xəbər verir ki, bu barədə o, "24Kanal" nəşrinə müsahibəsində deyib. Məlumatı "gordonua.com" nəşri yayıb.
 
Podolyak qeyd edib ki, Kreml özünə belə bir tarixçə uydurub ki, "Rusiya Ukrayna ilə yalnız üç gün döyüşüb, indi isə NATO ilə döyüşür".
 
Onun fikrincə, əslində Rusiya lideri NATO ilə döyüşmək istəmir. Putin Alyansla qarşıdurmadan dəhşətli dərəcədə qorxur. O, yalnız kiçik ölkələrə qarşı döyüşə bilər, Ukraynaya qarşı savaşmaq xeyli çətindir.
 
"O, xeyli böyük, müqavimət göstərməyə hazır olmaq nöqteyi-nəzərindən iradəli  Ukraynaya soyqırım tipli müharibə ilə gəlib. Bu, sağ qalmaq məsələsidir. Aydın olub ki, Ukrayna ilə döyüşmək olmaz. O, NATO-dan çəkinir. Bütün bu mətbuat konfransı nəyə həsr edilib? "Onlara köməyi dayandırın, o zaman biz onları məhv edərik", - Podolyak deyib.
 
Onun sözlərinə görə, Putin deyir ki, "onlara silah verməyin, çünki mənə qarşı peşəkarcasına, bərabər sayda və uzaqvuran silahlarla döyüşəndə mən müharibə apara bilmirəm". İşğalçı ordu mülki əhaliyə, o cümlədən qadın və uşaqlara qarşı soyqırım törətməyi bacarır və bunu çox xoşlayır.
 
"Seriyalı qatillər də belə davranır, sübut edir ki, guya, hansısa sosial qrupların nümayəndələrini qətlə yetirmək hüququna malikdir. Çünki hesab edir ki, bu qruplar "bəşəriyyətin düzgün inkişafına mane olur". Ona görə də o, onları gecələr qətlə yetirəcək, bəşəriyyət üçün "faydalı iş görəcək", - o, əlavə edib.
 
Putinin təhdidləri-detallar
 
Rusiya hakimi Vladimir Putin Ukraynaya yardım və xarici silahla Rusiya ərazisinə zərbələr endirməyə icazə ilə bağlı Qərbin ünvanına bir sıra təhdid dolu bəyanatlar səsləndirib.
 
Rusiya təbliğatçı KİV-lərinin məlumatına görə, mətbuatla ünsiyyəti zamanı Putin Qərb silahının Ukraynaya tədarükünə və bu silahla Rusiya ərazisinə zərbələr endirilməsinə icazəyə xüsusi diqqət yetirib.
 
"Əgər kimsə hesab edir ki, bizə zərbələr endirmək üçün silah tədarük edə bilər, o zaman nədən biz öz uzaqvuran silahımızı dünyanın digər regionlarından onların həssas obyektlərinə zərbələr endirmək üçün verə bilmərik? Biz bunun üzərində işləyirik", - Putin təhdid edib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
72
50
moderator.az

10Sources