AZ

"Diplomatlar danışanda, toplar susur, deməli, Putin diplomat deyil" - Zelenski

"Putin özünün "sülh təklifi" ilə müharibəni başa çatdirmaq niyyətində olmadığını, bundan sonra da ərazilərimizi zəbt etmək niyyətində olduğunu təsdiq edib..."
 
"Putin dünyadan təcrid edildiyini anlayır və özü uğrunda mübarizə aparır..."
 
Ukrayna prezidenti Vladimir Zelenski bəyan edib ki, Rusiya diktatoru Vladimir Putin diplomat deyil, axı indi müharibəni yalnız diplomatiyanın köməyilə başa çatdırmaq mümkün deyil.
 
Moderator.az xəbər verir ki, bu barədə o, sülh sammitindən sonra mətbuat konfransında bəyan edib. Məlumatı "ukr.net" nəşri yayıb.
 
"Diplomatlar danışanda, toplar susur, deməli, Putin diplomat deyil. Yəni diplomatiyadan başqa, digər vasitələr axtarmaq gərəkdir, güclü ordu lazımdır, güclü olmaq lazımdır, bu adamlar yalnız gücü anlayır. Mən yalnız belə yolları görürəm: döyüş meydanında güclənmək və paralel olaraq beynəlxalq siyasəti gücləndirmək", - o, qeyd edib.
 
Prezident həmçinin əlavə edib ki, sülh sammitini diplomatiyanın təzahürü kimi yaxşı başlanğıc hesab edir.
 
Bundan başqa, Zelenski jurnalistin Ukrayna üçün hərbi yardımın kifayət edib-etməməsi barədə sualını da cavablandırıb.
 
"Yardım edilir. Ciddi yardım paketləri var. Bunlar qələbə qazanmaq üçün yetərlidirmi? Yox, yetərli deyil. Bu yardım lənğiyirmi? Bəli, ləngiyir. Bu paketlər gücləndiriləcəkmi? Biz bunun üzərində işləyirik. Hər gün işləyirik", - dövlət başçısı əmin edib.
 
Zelenski bəyan edib ki, hazırda Putin yalnız özü uğrunda mübarizə aparır, çünki dünyadan təcrid edildiyini anlayır.
 
"O, tam təcrid edilməyib. Təəssüf ki, onun təkcə bizim dövlətimizə qarşı deyil, bir çoxlarına qarşı törətdiyi bütün terrora rəğmən, indiyədək bir çox insanlar balans saxlayır. Putin dünyanın bir çox ölkələrində- Afrikada, Suriyada, hər yerdə terror törədir.
 
Zənnimcə, o, istisnasız olaraq özü uğrunda mübarizə aparır. Hazırda düşdüyü təcriddən necə çıxmaq barədə düşünür, o, bir çox ölkələr üçün daha oyunçu deyil. Yeri gəlmişkən, Çin üçün də o, artıq oyunçu deyil, mən buna əminəm", - prezident qeyd edib.
 
Zelenskinin sözlərinə görə, Ukraynanın vəzifəsi onun təcrid olunmasını cəmiyyətinin də anlaması və Rusiyanın daxilində də ona təzyiq edilməsi üçün hər şeyi etməkdir.
 
"O zaman düşünürəm ki, bu müharibəni diplomatik yolla başa çatdırmaq imkanı olacaq. 
 
Hərçənd, mən hesab edirəm ki, onun öz planları var, o, düşünür ki, Avropanı və digər ittifaqları bölə bilər, digər dövlətlərə, o cümlədən NATO-ya hərbi müdaxilə edə bilər, birliyi pozmağa cəhd edə bilər.
 
Buna yol vermək olmaz və Ukrayna burada açar rolundadır. Təəssüf ki, biz bunu həyatımız bahasına edirik, lakin Ukrayna hələ ki, tab gətirir, qlobal savaşın başlamaması üçün dünyanın hələ şansı var", - dövlət başçısı qeyd edib.
 
Zelenskinin mətbuat konfransında digər bəyanatları
 
Zelenski bəyan edib ki, Rusiyaya sülh lazım deyil, lakin sülh Ukraynaya lazımdır.
 
Onun sözlərinə görə, Putin özünün "sülh təklifi" ilə müharibəni başa çatdırmaq niyyətində olmadığını, bundan sonra da ərazilərimizi zəbt etmək niyyətində olduğunu təsdiq edib.
 
Bundan başqa, Ukrayna prezidenti Ukraynanın müttəfiqlərindən hərbi yardımın azalmasını hiss edib-etməməsi barədə sualı cavablandırıb. O, əmin edib ki, sülh sammiti, əksinə, bunun gücləndiyini göstərir.
 
Dövlət başçısı həmçinin qeyd edib ki, Ukrayna üçün Rusiyaya təzyiq etmək məqsədilə dünyanın əksəriyyət sayda ölkələrinin sözü önəmlidir.
 
"İki yolla təzyiq etmək olar. Birincisi, diplomatik yoldur, bunu da biz edirik.
Bu sülh sammiti, sonrakı görüşlər, birgə planlar və s. bu qəbildəndir.
 
İkinci yola gəldikdə, bu, möhkəm müdafiə, güclü ordu, döyüş meydanında öz ailəsini, ölkəsini və dövlətçiliyi qoruyan mətin ukraynalı əsgərdir", - Zelenski vurğulayıb.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
70
50
moderator.az

10Mənbələr