AZ

"Rusiya Müdafiə Nazirliyində kadr dəyişikliyi: Putinin məqsədi nədir?" - ISW

"Putin rejimə loyal olan məmurları və iqtisadçıları Rusiya Müdafiə Nazirliyində rəhbər vəzifələrə təyin etməklə Rusiya müdafiə sənayesi bazasını yaxşılaşdırmağa cəhd edir..."
 
Rusiya diktatoru Vladimir Putin özünün və qohumlarının övladları, habelə digər yüksək vəzifəli məmurların övladlarından özünün ehtimal edilən varislərini hazırlamağa cəhd göstərir.
 
Moderator.az xəbər verir ki, bu barədə Amerikanın müharibənin öyrənilməsi İnstitutunun (ISW) hesabatında deyilir.
 
Analitiklər qeyd edir ki, iyunun 17-də diktator müdafiə nazirinin müavinləri Nikolay Pankovu, Ruslan Tsalikovu, Tatyana Şevçovu və ordu generalı Pavel Popovu vəzifələrindən azad edib. Putin onları müdafiə nazirinin müavinləri Anna Tsivilyova və Pavel Fradkov, habelə müdafiə nazirinin birinci müavini Leonid Qorninlə əvəzləyib.
 
Anna Tsivilyova Putinin əmisiqızı, bu yaxınlarda energetika naziri təyin edilən Sergey Tsivilyovun həyat yoldaşı və Kremlin təşəbbüsü ilə yaradılan "Vətən müdafiəçiləri" fondunun rəhbəridir. O, həmçinin 2019-cu ildə Rusiya hökuməti yanında sosial mühitdə qəyyumluq məsələləri üzrə Şuranın tərkibində olub.
 
Pavel Fradkov Rusiyanın sabiq baş naziri və Xarici Kəşfiyyat Xidmətinin rəisi Mixail Fradkovun oğludur. Pavel Fradkov 2021-ci ildən prezident Administrasiyası rəhbərinin birinci müavini, 2012-2015-ci illərdə Rusiya Dövlət Əmlakının idarə edilməsi üzrə Federal Agentliyi rəhbərinin müavini vəzifəlırində, həmçinin 2015-2012-ci illərdə Rusiya XİN ümumavropa əməkdaşlığı Departamentində vəzifələrdə olub.
 
Leonid Qornin 2018-ci ilin may ayından maliyyə nazirinin birinci müavini, 2012-2018-ci illərdə maliyyə nazirinin müavini və 2010-2011-ci illərdə  Novosibirsk vilayəti maliyyə və vergi siyasəti naziri vəzifələrində olub.
 
"Tsivilyova, Fradkov və Qorninin təyinatları Putinin öz qohumları və digər yüksək vəzifəli məmurların övladlarını Rusiya ictimaiyyətinə təqdim etməklə bağlı bu yaxınlardakı səylərinin davamıdır. Bundan başqa, diktator iqtisadi müşavirləri Müdafiə Nazirliyinə təyin etməklə müharibə şəraitində iqtisadiyyatı yaxşılaşdırmaq məqsədini güdür", - hesabatda deyilir.
 
ISW xatırladıb ki, Tsivilyova və Fradkov iyunin 6-7-də Peterburq Beynəlxalq İqtisadi Forumda Putinin qızları və digər yüksək vəzifəli məmurların övladları ilə birgə iştirak edib. 
 
Beləliklə, Putin ehtimal ki, öz övladları və özünün ən yaxın ətrafından olan məmurların övladlarını ictimaiyyətə təqdim etməyə, bununla da onların Rusiya hökumətində yüksək və nüfuzlu vəzifələrə təyin etmək üçün şərait yaratmağa cəhd göstərir.
 
Bundan başqa, ISW qeyd edib ki, Putin iqtisadçıları Rusiya MN-də rəhbər vəzifələrə getdikcə daha tez-tez təyin edir. O cümlədən mayın 12-də o, müdafiə naziri Sergey Şoyqunu ixtisasca iqtisadçı olan baş nazirin sabiq müavini Andrey Belousovla əvəzləyib.
 
Həmçinin mayın sonunda Putin müdafiə nazirinin sabiq müavini Yuri Sadovenkonu Federasiya Şurasının Hesablama Palatasının iqtisadiyyat və auditor nazirinin sabiq müavini Oleq Savelyevlə əvəzləyib.
 
ISW qeyd edib ki, bu təyinatlar onu göstərir ki, Putin rejimə loyal olan məmurları və iqtisadçıları Rusiyanın müdafiə sənayesi bazasını yaxşılaşdırmaq üçün təyin etməyə üstünlük verir.
 
"Diktator həmçinin özünün və qohumlarının övladları, habelə digər yüksək vəzifəli məmurların övladlarından öz rejiminin mümkün varislərini hazırlamağa cəhd göstərə bilər", - ISW qeyd edib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
38
50
moderator.az

10Mənbələr