AZ

Putin Şimali Koreyadan sonra Vyetnama gedib

Rusiya prezidenti Vladimir Putin Şimali Koreyadan sonra Vyetnama rəsmi səfər edib. Bizimyol.info xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Şimali Koreyanın paytaxtı Pxenyandakı təmaslarından sonra 3 günlük Asiya turnesinin ikinci dayanacağı Vyetnamın paytaxtı Hanoy şəhərinə gedib. Şimali Koreya lideri Kim Çen In tərəfindən yola salınan Putini Hanoyda Vyetnam Kommunist Partiyasının baş katibi Nquyen Phu Tronq qarşılayıb.Rəsmi mərasimlə qarşılanan Putin konvoyun müşayiəti ilə hava limanını tərk edib. Vyetnama beşinci dəfə səfər edən Putin sonuncu səfərini 2017-ci ildə edib. Putinin Vyetnam prezidenti To Lam ilə görüşü və ticarət, investisiya, texnologiya və təhsil sektorları da daxil olmaqla bir çox müqavilə imzalaması gözlənilir. Putin ötən gün 24 ildən sonra ilk dəfə Şimali Koreyaya səfər edib. Putinin səfəri Pxenyan-Moskva alyansının müxtəlif sahələrdə, o cümlədən müdafiə sahəsində əməkdaşlığı gücləndirmək cəhdi kimi şərh edilib. Kim və Putin görüşdən sonra Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişi imzalayıblar. Razılaşmanın təfərrüatları haqqında məlumat verən Putin deyib: “Bu gün imzaladığımız saziş tərəflərdən birinə hücum zamanı qarşılıqlı yardımı ehtiva edir”, - deyib. Qadir, Bizimyol.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
38
50
bizimyol.info

10Mənbələr