EN

“Böyük müharibə”təhlükəsi artır

AzVision.az xəbər verir ki, bu məqamlara toxunan Böyük Britaniyanın “Tayms” qəzeti Qərb liderlərinin yarım il əvvəl ən azı açıq şəkildə bu dəyişikliklərin heç birini müzakirə etməyə hazır olmadıqlarını xatırladır.

Lakin Rusiyanın döyüş meydanındakı son uğurları və Qərbin Vladimir Putinə qarşı sərt münasibəti bu qırmızı xətləri silməyə başlayıb. Müharibənin getdiyi uzun cəbhə xətti boyu irəliləməyə başlayan Rusiya qoşunları sərhəddə yerləşən Xarkovu yenidən təhdid edir.

Hərçənd, jurnalistlərin yazdığına görə, Bayden Putinin qisas barədə təhdidlərinin əksəriyyətinin inandırıcı olmadığını düşünür. ABŞ prezidentinin belə mövqeyi müəyyən mənada Vaşinqtonun öz qırmızı xətlərini Rusiyaya göstərməsi ilə bağlı ola bilər.
Müəlliflərin fikrincə, Bayden habelə Avropa müttəfiqlərindən daha az iş gördüyü təəssüratından qaçmaq üçün Rusiyaya münasibətdə daha çox riskə gedir.

“Rusiyanın ABŞ və digər NATO üzvləri ilə real və artan münaqişə riski var. Qərb liderləri onun uydurmalarının ifşa olunacağına qədər Putinin boş-boşuna oturub əlini ağdan-qaraya vurmayacağını gözləyə bilməzlər. O, NATO ölkəsinə birbaşa hücuma başlamaq istəmir, lakin getdikcə Rusiyanın daha aqressiv və dağıdıcı kiberhücumları riski artır və Kreml NATO ölkələrində həyatı çətinləşdirmək üçün başqa yollar tapa bilər. Habelə, Ukraynanın (təsadüfən və ya qəsdən) rus mülki əhalisini hədəfə alan hücumlarda Qərb silahlarından istifadə edə biləcəyi ilə bağlı açıq-aşkar risk də var. Yaxud da Rusiyanın Ukraynaya endirdiyi zərbələr nəticəsində NATO təlimatçılarının ölə bilməsi riski də mövcuddur”, - qəzetdə dərc olunan materialda vurğulanır.

Məqalənin müəllifləri hər hansı biri daha böyük eskalasiyaya gətirib çıxaracaq bu ssenarilərin sözügedən münaqişədə ortaya qoyulan maraqların miqyasını gözlənilmədən və kəskin şəkildə böyüdən təhdidlərin gücləndiyiyi iddia edirlər.

Sahil İsgəndərov
AzVision.az


Chosen
66
41
azvision.az

10Sources