Olaylar xəbər verir ki, yoxlama tələbi ilə bağlı quruma 160 min müraciət daxil olub və fasiləsiz çalışan mütəxəssislər 35 min tikilidə araşdırma aparıb.
Yoxlama aparılan binalar dayanıqlılığına görə A və B (aşağı risk həddi), C (orta risk həddi), D (yüksək risk həddi) və E (Olduqca yüksək risk həddi) kateqoriyalarına bölünüb.
Belə ki, binaların təxminən 50 faizi D və E kateqoriyasının payına düşüb.
Nəticələrə görə, 1556 bina hətta sözügedən kateqoriyalarda belə yer almayıb.
Qeyd edək ki, ötən gün İstanbulun Küçükçekmece rayonunda yaşayış binasının uçması nəticəsində 1 nəfər ölüb, 8 nəfər yaralanıb. (Axar)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31