AZ

İstanbuldakı binaların 50%-i dağıla bilər - Şok araşdırma

İstanbul Böyükşəhər Bələdiyyəsinin apardığı yoxlamalarda şəhərdə dağılma riski daşıyan 1556 bina müəyyən edilib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, yoxlama tələbi ilə bağlı quruma 160 min müraciət daxil olub və fasiləsiz çalışan mütəxəssislər 35 min tikilidə araşdırma aparıb.

Yoxlama aparılan binalar dayanıqlılığına görə A və B (aşağı risk həddi), C (orta risk həddi), D (yüksək risk həddi) və E (Olduqca yüksək risk həddi) kateqoriyalarına bölünüb.

Belə ki, binaların təxminən 50 faizi D və E kateqoriyasının payına düşüb.

Nəticələrə görə, 1556 bina hətta sözügedən kateqoriyalarda belə yer almayıb.

Qeyd edək ki, ötən gün İstanbulun Küçükçekmece rayonunda yaşayış binasının uçması nəticəsində 1 nəfər ölüb, 8 nəfər yaralanıb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
85
4
milli.az

10Mənbələr