AZ

İstanbuldakı binaların 50 faizi dağıla bilər - Şok araşdırma

İstanbul Böyükşəhər Bələdiyyəsinin apardığı yoxlamalarda şəhərdə dağılma riski daşıyan 1556 bina müəyyən edilib.

Axar.az xəbər verir ki, yoxlama tələbi ilə bağlı quruma 160 min müraciət daxil olub və fasiləsiz çalışan mütəxəssislər 35 min tikilidə araşdırma aparıb.

Yoxlama aparılan binalar dayanıqlılığına görə, A və B (aşağı risk həddi), C(orta risk həddi), D (yüksək risk həddi) və E (Olduqca yüksək risk həddi) kateqoriyalarına bölünüb.

Belə ki, binaların təxminən 50 faizi D və E kateqoriyasının payına düşüb.

Nəticələrə görə, 1556 bina isə hətta sözügedən kateqoriyalarda belə yer almayıb.

Qeyd edək ki, ötən gün İstanbulun Küçükçekmece rayonunda yaşayış binasının uçması nəticəsində 1 nəfər ölüb, 8 nəfər yaralanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
110
4
axar.az

10Mənbələr