Meşəlik ərazilərdə fosforlu sursatların və reaktiv yaylım atəşi sistemlərinin istifadəsi Livan-İsrail sərhədinin hər iki tərəfində yanğınlara səbəb olub. BUTA.TV xəbər verir ki, bu barədə “Əl Mayadeen” telekanalının verdiyi məlumatda deyilir. Livanın cənubunun qərb sektorunda Alma əş-Şaab və Əl-Duheyra kəndləri yaxınlığında yanğınlar qeydə alınıb. Hadisə yerinə gələn yanğınsöndürmə qrupları İsrail tərəfdən atəşin davam etməsi səbəbindən yanğına müdaxilə edə bilmirlər. Qərbi Qalileydə yanğın “Burkan” raketi və iki kamikadzenin PUA-sının qeyri-yaşayış ərazisinə düşməsi nəticəsində qeydə alınıb.
Bütün xəbərləri reklamsız oxumaq üçün
Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.