EN

Güclü külək Goranboyda fəsadlara yol açıb

Güclü külək Goranboyda bir neçə kənddə fəsadlar törədib.

APA-nın yerli bürosunun xəbərinə görə, gecə saatlarında əsməyə başlayan külək əsas rayonun Ağcakənd kəndində bir neçə evin dam örtüyün dağıdıb və kəndə iri gövdəli ağacları elektrik xətlərinin üzərinə aşırıb.

Digər kəndlərdə isə külək ağacları kökündən çıxardıb, həmçinin elektrik, telefon naqillərin yararsız hala salıb. Bəzi kəndlərdə elektrik enerjisinin verilməsində fasilələr yaranıb. Hazırda Goranboy rayonun icra hakimiyyətinin Fövqəladə Hallar Komissiyasının üzvləri küləyin fəsad törədiyi kəndlərə ezam olunublar. Fəsadların aradan qaldırılması istiqamətində işlər gedir, küləyin vurduğu ziyan hesablanır.

Chosen
53
22
apa.az

10Sources