“Azərbaycan dünyada ən az borc alan ölkədir. Borc təkcə maliyyə resursu deyil, həm də texnologiyanın inkişafına, idarəetmə təcrübələrinə yiyələnməyə gətirib çıxarır. Azərbaycan özü də borc verir. Neft Fondu ilə istiqrazlara pul yatırmaqla digər dövlətlərə borc verib, borcu götürə bilər. Burada nə təhlükəyə, nə narahatlığa səbəb var. Əsas maliyyə intizamına nəzarət edilməlidir ki, borc düzgün layihələrə cəlb olunsun. Eyni zamanda ölkəni varlandırsın, inkişaf etdirsin, ölkənin problemlərini həll etsin, xərcdən çox ölkəyə gəlir gətirsin. Hazırda, ölkənin kifayət qədər az borcu var, onun artması da normal sayılır”. Eksper vurğulayıb ki, səmərəsiz, istiqaməti düzgün proqnozlaşdırılmayan xərcləmə üsulu aparılarsa, nəinki xaricdən borc alan zaman, eləcə də Neft Fondundan götürülən vəsaitlərdən istifadə zamanı da, risk faktoru yarana bilər. İqtisadçı hesab edir ki, ölkənin hətta daxili borclanması daha sürətlə artırılmalıdır. “Ölkədə ciddi həll olunmalı mühüm məsələlər var. Bunun üçün də ölkə milli valyutada əhalidən, şirkətlərdən borc cəlb etməlidir. Amerikanın da borcu var. Hazırda ABŞ-nin borcu ümumi daxili məhsulun 120-130 faizinə bərabərdir. Yaponiyanın borcu 250 faizin nisbətinə bərabərdir. İtaliyada 300 faizdən çoxdur. Ümumiyyətlə, dünyada dövlət borcunun ümumi daxili məhsulun nisbəti 65 -70 faizarasında olanda normal hesab edilir. Azərbaycanda bu rəqəmlər çox kiçikdir. Amma xarici valyuta ilə borclanmalarda xüsusi ilə ehtiyatlı olmaq lazımdır. Hökumət yəqin ki, bunu nəzərə alaraq hələ az borclanmaya gedir”.
Gülbəniz Hüseynli, Metbuat.az