AZ

Digər ölkələrYunanıstanın Baş naziri: Aİ müdafiəni milli resurslardan deyil, ümumi mənbələrdən ödəməlidir

“Avropanın öz müdafiə sənayesini inkişaf etdirmək üçün investisiyaya ehtiyacı var. Lakin bu milli vəsaitlərdən deyil, Avropanın özündən maliyyələşdirilməlidir”.

“Report” xəbər verir ki, bunu Yunanıstan Baş naziri Kriakos Miçotakis “Antenna” telekanalına müsahibəsində deyib.

Aparıcı Baş nazirə deyib ki, Donald Trampın ABŞ Prezidenti seçilə biləcəyini nəzərə alaraq, Aİ-nin müdafiəsinə sərmayə qoyuluşu mövzusu aktuallaşır. Baş nazir isə cavabında deyib:

“Aydındır ki, bu, çox aktualdır. Mən Avropa ordusundan danışmıram, o, olmayacaq, heç olmasa dərhal yaranmayacaq. Lakin bütövlükdə Qərbi qorumaq, müdafiə sənayesini dəstəkləmək üçün edə biləcəyimiz investisiyalar var. Bunlar milli resurslardan deyil, Avropadan maliyyələşdiriləcək.

Ölkəmiz yaxın illərdə raketdən müdafiə sahəsinə də sərmayə qoymalıdır. Əgər bunu milli deyil, Avropa fondlarından istifadə etməklə həyata keçirsək, bunun dövlət büdcəsinə nə qədər böyük fayda gətirəcəyini anlayırsınız”.

Onun fikrincə, Yunanıstan üçün zəruri olan müdafiə xərclərinin yükünün bir hissəsini Avropa öz üzərinə götürsə qurumda çox şey dəyişəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
62
1
far.az

10Mənbələr