AZ

Viktor Orban: Brüssel odla oynadığının fərqində deyil

Viktor

Budapeşt, 5 iyun, AZƏRTAC

Macarıstanın Baş naziri Viktor Orban Rusiya-Ukrayna münaqişəsi kontekstində Aİ-nin hərəkətlərinin bütün dünya üçün mümkün nəticələri barədə xəbərdarlıq edib.

AZƏRTAC xəbər verir ki, Macarıstanın Baş naziri İtaliyanın “Il Giornale” nəşrinə müsahibəsində deyib: “Rusiya ilə Ukrayna arasında müharibə var, buna heç bir şübhə yoxdur, amma biz özümüzə sual verməliyik ki, necə hərəkət edək? Biz yol ayrıcındayıq: ya münaqişəni təcrid edib diplomatik yol tapın, ya da müharibənin dərinliklərinə keçin. Əgər Ukraynanın Rusiyaya, o cümlədən İtaliyanın verdiyi silahlarla zərbə endirməsinə icazə versək, bunun Rusiyanın kəskin reaksiyası şəklində nəticələri ola bilər. NATO-nun müdaxiləsi riski isə bir addımlıqda olacaq”.

Orban qeyd edib ki, Aİ-nin bu məsələdə strategiyası taktiki cəhətdən uğursuzdur. Brüssel odla oynadığının fərqində deyil. Avropanın inteqrasiya ideyası 1945-ci il sülhü əsasında yaranıb: İkinci Dünya müharibəsindən sonra Avropa daha bir müharibəni adlaya bilməyəcəyini başa düşüb.

“Biz özümüzə Avropanın strateji maraqlarının nədən ibarət olduğu sualını verməliyik. Bundan sonra isə atəşkəsə çağırmalıyıq. Bütün bunlar yanlışdır və cəmiyyət müharibə deyil, sülh istəyir”, - deyə Orban vurğulayıb.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Budapeşt

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
58
50
azertag.az

10Mənbələr