EN

Azərbaycan Basketbol Liqası: Final seriyasının ikinci oyunu keçiriləcək

Bu gün Azərbaycan Basketbol Liqasında final mərhələsinin ikinci oyunu keçiriləcək.
 
Moderator.az xəbər verir ki, dueldə “Xəzri” və “Sabah” komandaları üz-üzə gələcək.
 
"Sərhədçi" İdman Mərkəzində baş tutacaq matçın start fiti saat 19:30 da səslənəcək. Bu komandalar arasında reallaşan ilk qarşılaşmada "Xəzri" qələbə qazanıb. (95:70)
 
Qeyd edək ki, bu seriyanın növbəti görüşü mayın 22-də oynanılacaq. Üç qələbəyə çatan kollektiv qızıl medallara sahib çıxacaq.
Chosen
203
29
moderator.az

10Sources