AZ

Final seriyasında ümumi hesab bərabərləşdi

Azərbaycan Basketbol Liqasında final seriyasının növbəti oyunu keçirilib.

Rekord.az xəbər verir ki, “Xəzri” və “Sabah” komandaları bu gün ikinci oyunda üz-üzə gəliblər.

"Sərhədçi" İdman Mərkəzində baş tutan matçda "Sabah" (94:63) qələbə qazanıb.

Bu komandalar arasında reallaşan ilk qarşılaşmada "Xəzri" qalib gəlmişdi - 95:70.

Bu seriyanın növbəti görüşü mayın 22-də oynanılacaq. Üç qələbə qazanan kollektiv qızıl medallara sahib çıxacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
160
29
rekord.az

10Mənbələr