![](https://sportnet.az/uploads/posts/2024-05/medium/1716099259_img-20240516-wa0096.jpg)
Bu gün Azərbaycan Basketbol Liqasında final mərhələsinin ikinci oyunu keçiriləcək.
Sportnet.az xəbər verir ki, dueldə “Xəzri” və “Sabah” komandaları üz-üzə gələcək.
"Sərhədçi" İdman Mərkəzində baş tutacaq matçın start fiti saat 19:30 da səslənəcək. Bu komandalar arasında reallaşan ilk qarşılaşmada "Xəzri" qələbə qazanıb. (95:70)
Qeyd edək ki, bu seriyanın növbəti görüşü mayın 22-də oynanılacaq. Üç qələbəyə çatan kollektiv qızıl medallara sahib çıxacaq.