Naxçıvan şəhəri ərazisində yol qəzası baş verib, xəsarət alan var.
NUHÇIXAN xəbər verir ki, hadisə Tumbul kəndi ərazisində qeydə alınıb.
Yük və minik avtomobillərinin toqquşması nəticəsində Naxçıvan şəhər sakini, 2008-ci il təvəllüdlü İsmayılov İbrahim Məhəmməd oğlu xəsarət alıb. O, Naxçıvan Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.