Goranboyda mikroavtobusla minik maşını toqquşdu. Goranboyda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, rayonun İrəvanlı kəndində hərəkətdə olan "QAZel" markalı mikroavtobusla “Niva” markalı avtomobil toqquşub.
İlkin məlumata görə, qəza nəticəsində 3 nəfər xəsarət alaraq təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar. Onlara ilkin tibbi yardım göstərilib, vəziyyətlərinin stabil olduğu bildirir. Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu