Paytaxtda, 153 №-li tam orta məktəbdə yanğın hadisəsi baş verib.
Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
Bildirilib ki, yanğın məktəbin kitabxanasında qeydə alınıb.
Hadisə ilə bağlı FHN Mətbuat xidmətidən BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib ki, Nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonunda yerləşən 153 nömrəli məktəbdə yanğın baş verməsi barədə məlumat daxil olub.
"Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində məktəbin 1-ci mərtəbəsində yerləşən kitabxanada elektrik kabeli, kitab rəfi və kitablar qismən yanıb. Təxliyəyə ehtiyac olmayıb" .
Hadisə yerindən görüntüləri təqdim edirik:
10Sources
avtosfer.azBakıda məktəbdə yanğın;3 nəfər tüstüdən zəhərlənib - FOTO ( 5790252) ednews.netBakıda məktəbdəki yanğında 3 nəfər tüstüdən ZƏHƏRLƏNİB ( 5776810) bizim.mediaBakıda məktəbdəki yanğında 3 nəfər tüstüdən ZƏHƏRLƏNİB ( 5775514) ayna.azBakıda məktəbdə yanğın olub ( 5773258) bolgexeber.comBakının orta məktəbində yanğın olub, şagirdlər təxliyyə olunub ( 5773255) bakivaxti.azBakıda məktəbdə yanğın - 3 nəfər zəhərləndi - YENİLƏNİB ( 5772640) 525.azBakıda məktəbdə yanğın olub ( 5772628) konkret.azBakıda orta məktəbdə yanğın: Zəhərlənənlər var – VİDEO ( 5772376) moderator.azBakıda məktəbdə yanğın – 3 nəfər tüstüdən zəhərlənib ( 5772154) azedu.azMəktəbdə qısaqapanma: Şagirdlər təxliyyə olundu - YENİLƏNİB ( 5772094)