AZ

Bakıda orta məktəbdə yanğın: Zəhərlənənlər var – VİDEO

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 10:52-də Yasamal rayonu, 153 saylı məktəbin kitabxanasında yanğın baş verməsi səbəbilə çağırış daxil olub.

KONKRET.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, hadisə yerinə üç təcili tibbi yardım briqadası cəlb olunub:

“Bir nəfər stressə qarşı kəskin reaksiya (qadın cinsli), digər üç şəxs isə (kişi cinsli) tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. Bir nəfərə isə (qadın cinsli) yerində yardım göstərilib”.

Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) hərəkətə keçib.

“Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində məktəbin 1-ci mərtəbəsində yerləşən kitabxanada elektrik kabeli, kitab rəfi və kitablar qismən yanıb. Təxliyəyə ehtiyac olmayıb”. (Apa)

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
84
8
Mənbələr
Şərh ()
Bağla