AZ

Bakıda məktəbdə yanğın – 3 nəfər tüstüdən zəhərlənib

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 10:52 radələrində Yasamal rayonu, 153 saylı məktəbin kitabxanasında yanğın baş verməsi səbəbilə çağırış daxil olub.

Ulusal.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, hadisə yerinə 3 təcili tibbi yardım briqadası cəlb olunub:

“1 nəfər stressə qarşı kəskin reaksiya (qadın cinsli), digər 3 şəxs isə (kişi cinsli) tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. 1 nəfərə isə (qadın cinsli) yerində yardım olunub”.(APA)

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
97
15
moderator.az

10Mənbələr

Şərh ()
Bağla