EN

AMEA-da Yaponiyada yaşayan dünyaşöhrətli azərbaycanlı alim Xəlil Kələntərlə görüş keçirilib

Bakı, 23 aprel, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində Yaponiyada yaşayan dünyaşöhrətli azərbaycanlı alim, yeni nəsil displey ekranlar sahəsində tanınmış mühəndis, professor Xəlil Kələntərlə görüş keçirilib.

Bu barədə AZƏRTAC-a AMEA-dan bildirilib. Görüşdə çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli akademiyada başladılan yeniləşmə hərəkatının gedişatından, dövlət başçısının və müasir dünya elminin çağırışlarına uyğun olaraq həyata keçirilən struktur islahatlarından danışıb. Həmçinin akademiyada sənədlərin rəqəmsallaşdırılması, arxiv sənədlərinin elektron bazasının yaradılması, elektron sənəd dövriyyəsinin tətbiq edilməsi, alimlərin elektron resurslardan səmərəli istifadəsinin təmin olunması məqsədilə elektron xidmətlər sahəsində aparılan genişmiqyaslı islahatları diqqətə çatdırıb. Qısa müddətdə bu sahədə önəmli uğurların əldə edildiyini, AMEA-nın dövri elmi jurnallarına və alimlərimizin məqalələrinə DOİ identifikatorunun verildiyini, akademiyanın elmi müəssisələrinin əməkdaşlarına “Vikipediya” təlimlərinin keçirildiyini, “Google Scholar”, ORCİD və digər akademik sosial şəbəkələrdə alimlərin yeni profillərinin yaradıldığını söyləyib.

AMEA rəhbəri geniş vüsət almış elektron hərəkatın daha da genişləndirilməsi məqsədilə Türkiyənin Elmi və Texnoloji Tədqiqat Şurası (TÜBİTAK) ilə əməkdaşlıq müqaviləsinin imzalandığını, AMEA-TÜBİTAK Koordinasiya Mərkəzinin açıldığını bildirib, bu istiqamətdə fəaliyyətin davam etdiriləcəyini diqqətə çatdırıb.

Akademik İsa Həbibbəyli AMEA ilə yüksək texnologiyalar üzrə əhəmiyyətli nəticələrə imza atmış Milli Aviasiya Akademiyası arasında da elmi əlaqələrin inkişaf etdirildiyini, tədqiqat və layihələrdə birgə iştirakın önəmini xüsusi vurğulayıb.

Sonra AMEA Rəyasət Heyəti aparatının “Elektron Akademiya” şöbəsinin müdiri riyaziyyat üzrə fəlsəfə doktoru dosent Fariz İmranov “AMEA-da elektron hərəkat və yeni çağırışlar” mövzusunda təqdimatla çıxış edib. Şöbə müdiri akademiyada elektronlaşma sahəsində görülən işlər barədə ətraflı məlumat verib. AMEA-da çap olunan elmi jurnalların elektron resurslarının yaradılmasının cari vəziyyəti, onların beynəlxalq elmi bazalara daxil edilməsi, həmçinin Milli Dərgi Park elektron baza reyestrinin yaradılması, eləcə də Akademik sosial şəbəkələrlə bağlı görülən işlərdən danışıb.

Yaponiyada yaşayan azərbaycanlı alim Xəlil Kələntər isə apardığı elmi-tədqiqat işləri, qazandığı patent və mükafatlar, imza atdığı elmi yeniliklər barədə ətraflı məlumat verib. Azərbaycan alimləri, xüsusən də AMEA-da sahə mütəxəssisləri ilə birgə iş birliyinin yaradılmasından məmnunluğunu ifadə edib. Xəlil Kələntər AMEA və Milli Aviasiya Akademiyası ilə birgə müştərək layihələrin həyata keçirilməsinə maraq göstərdiyini, bilik və bacarığının yerli alimlərimizin işlərinin tətbiqində yardımçı olmaqdan şərəf duyduğunu bildirib.

Xəlil Kələntər görüş iştirakçıları tərəfindən səsləndirilən çoxsaylı sualları cavablandırıb.

Milli Aviasiya Akademiyasının (MAA) prorektoru professor Xaqani Abdullayev elektronlaşma istiqamətində Azərbaycan Milli Elmlər Akademiyası ilə ortaq layihələrin həyata keçirilməsinin əhəmiyyətindən danışıb. Bu sahədə xaricdə yaşayan həmvətənlərimizi də cəlb etməyin faydalı olacağını diqqətə çatdırıb. Təmsil etdiyi ali təhsil müəssisəsi tərəfindən AMEA ilə Milli Aviasiya Akademiyası arasında imzalanması nəzərdə tutulan əməkdaşlıq müqaviləsinin əsas müddəalarını nəzərə çatdırıb.

Tədbirdə Milli Aviasiya Akademiyasının “Elm” İstehsalat Birliyinin baş direktoru Kamal Əsgərov, MAA-nın şöbə rəisi Faiq Ələsgərov, AMEA Arxeologiya və Antropologiya İnstitutunun Elektron xidmətlər şöbəsinin müdiri Tural Əbdürəhmanov və başqaları çıxış edərək elektron resurs və xidmətlər istiqamətində görüləcək işlər barədə təklif və mülahizələrini səsləndiriblər.

Görüşdə rəqəmsal elektronlaşma, elektron kataloqların hazırlanması, elmi bazaların hazırkı vəziyyəti, elektron xidmətlərin təşkili, süni intellektin humanitar və ictimai elmlərə tətbiqi və s. məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
53
46
Sources
Comment ()
Close

Rating

Rəisi ilə birgə helikopterdə olan imam qəzada sağ qalıbmış...
23978
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
13358
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlandı - FOTO/VİDEO
10937
Helikopter qəzası ilə bağlı yeni xəbər
6690
İddia: Rəisini aparan helikopterin QƏZA ANI - VİDEO
5774
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5722
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5547
7 yaşında atasını, gənc yaşda isə qardaşını itirən Abdullahianın həyatı...
4856
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Rəisi öldü, Pakistanda matəm elan edildi
4815
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
3907
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
3745
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
3609
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
3498
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
3069
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
2949
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2768
Rəisinin helikopterinin qəzaya uğramasından sonra İran ABŞ-dan kömək istəyib - Dövlət Departamenti
2543