EN

“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)

İran Prezidenti İbrahim Rəisi başda olmaqla yüksək səviyyəli İran rəsmilərinin ölümü ilə nəticələnən müəmmalı helikopter qəzasının baş verdiyi ərazidən paylaşılan yeni bir video sui-qəsd nəzəriyyələrini günədmə gətirib.

“AzPolitika”xəbər verir ki, pilotsuz uçuş aparatı vasitəsilə lentə alınan kadrlarda naməlum bir şəxsin sürətlə helikopterin qalıqlarının olduğu ərazidən uzaqlaşmağa çalışdığı görünüb. 

Qeyd olunub ki, həmin şəxs görüntülənən zaman hələ axtarış-xilasetmə qrupu əraziyə çatmayıbmış. Sözügedən görüntülərdən sonra İran mediasında İbrahim Rəisinin sıradan bir qəza nəticəsində yox, sui-qəsdə məruz qalaraq həlak olduğuna dair iddialar yayılmağa başlayıb.

Digər tərəfdən, Fransanın “I24” kanalı şok bir iddia ilə çıxış edib.

Kanal qəzaya uğrayan helikopterin pilotu Eli Kopterin Mossad agenti olduğunu bildirib. Kanal Rəisinin öldüyü helikopterin pilotu Əli Kopterin Mossad agenti olduğunu və hadisənin arxasında İsrailin olduğunu iddia edib.

“AzPolitika.info”


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
884
2
azpolitika.info

10Sources