EN

Metan qazının azaldılması təşəbbüsü çərçivəsində SOCAR və BP-nin istehsalat sahələri iə tanışlıq olub

Qlobal Metan Azaldılması təşəbbüsü çərçivəsində bir qrup yerli neft-qaz operatorlarının nümayəndələri üçün emissiyaların azaldılması sahəsində qabaqcıl təcrübələrin bölüşülməsi məqsədilə “Neft Daşları” NQÇİ-yə və BP şirkətinin əməliyyatçısı olduğu Səngəçal terminalına sahə səfərləri təşkil edilib.

“Report” bu barədə Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir.

Məlumata görə, “Neft Daşları”na səfər SOCAR-ın vitse-prezidenti Əfqan İsayevin, habelə Neft-Qaz İqlim Təşəbbüsünün (Oil and Gas Climate Initiative – OGCI) və BMT-nin Ətraf Mühit Proqramının (United Nations Environment Programme – UNEP) nümayəndələrinin iştirakı ilə həyata keçirilib.

Səfər zamanı iştirakçılara neft-qaz əməliyyatları prosesində emissiyaların müasir cihazlar vasitəsilə monitorinqi, ölçülməsi, inventarlaşdırılması və azaldılması tədbirlərinin həyata keçirilməsinə dair SOCAR-ın qabaqcıl təcrübəsi haqqında ətraflı məlumatlar təqdim edilib.

İştirakçılar, həmçinin “Neft Daşları”nda həyata keçirilən “Sızmaların Azaldılması və Təmiri Layihəsi”nin (Leak Detection and Repair - LDAR) icrası haqqında məlumatlandırılıblar. Regionda ilk dəfə olaraq 2016-2022-ci illər ərzində SOCAR tərəfindən reallaşdırılan və emissiyaların azaldılmasını, sertifikatlaşdırılmasını özündə əks etdirən layihənin icrası nəticəsində qazanılan uğurlu təcrübədən yararlanaraq, 2023-cü ildə “Neft Daşları”nda ikinci və daha genişmiqyaslı “LDAR” layihəsinin həyata keçirilməsinə başlanılıb. Layihənin əsas üstünlüyü atılmaların azaldılması ilə ətraf mühitin qorunmasına töhfə vermək, həmçinin azaldılmış emissiya həcmlərinin ticarəti ilə əlavə investisiyaların əldə edilməsidir. Səfər zamanı iştirakçıların layihəyə dair sualları cavablandırılıb və qarşılıqlı müzakirələr aparılıb.

Səngəçal terminalına səfər zamanı BP-nin əməkdaşları tərəfindən iştirakçılar üçün təqdimatlar keçirilib, terminalda neft-qaz əməliyyatları prosesində emissiyaların azaldılmasına dair şirkətin təcrübəsi və metanın ölçülməsi üzrə tətbiq olunan yeni texnologiyalar haqqında ətraflı məlumatlar təqdim edilib.

“Azəri-Mərkəzi-Şərqi” platformasının məsafədən idarəetmə mərkəzi ilə tanış olan iştirakçılara innovativ avtomatlaşdırılmış mexanizmlərin tətbiqi ilə platformanın Səngəçal terminalından idarə olunduğu barədə məlumat verilib. Platforma “Azəri-Çıraq-Günəşli” platformaları arasında, həmçinin BP-nin tam quruda idarə olunan ilk platformasıdır.

Qeyd edək ki, SOCAR və BP şirkətləri birgə Azərbaycanda qabaqcıl sənaye liderləri kimi Metan Rəhbər Prinsipləri (“Methane Guiding Principles” – MGP) çərçivəsində Qlobal Metan Azaldılması (“Advancing Global Methane Reduction” - AGMR) təşəbbüsünü icra edirlər.

Təşəbbüsün əsas məqsədi SOCAR və BP tərəfindən Azərbaycanda fəaliyyət göstərən neft-qaz operatorları üçün metan emissiyalarının ölçülməsi, hesabatlılığı və azaldılması fəaliyyətlərinin təşviq edilməsi, bu sahədə bilik və bacarıqların təkmilləşdirilməsi, habelə mövcud ən qabaqcıl texnologiyaların tətbiqini dəstəkləməkdən ibarətdir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
50
4
Sources
Comment ()
Close

Rating

Rəisi ilə birgə helikopterdə olan imam qəzada sağ qalıbmış...
23324
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
12796
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlandı - FOTO/VİDEO
9285
İddia: Rəisini aparan helikopterin QƏZA ANI - VİDEO
5774
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5570
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5465
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Rəisi öldü, Pakistanda matəm elan edildi
3994
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
3647
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
3583
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
3378
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
3274
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
2988
Helikopter qəzası ilə bağlı yeni xəbər
2869
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2721
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
2597
Rəisinin helikopterinin qəzaya uğramasından sonra İran ABŞ-dan kömək istəyib - Dövlət Departamenti
2484
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlanıb
2263