AZ

Qlobal Metan Azaldılması təşəbbüsü çərçivəsində SOCAR və BP şirkətlərinə səfərlər təşkil edilib

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Bakı, 20 aprel, AZƏRTAC

Qlobal Metan Azaldılması təşəbbüsü çərçivəsində bir qrup yerli neft-qaz operatorlarının nümayəndələri üçün emissiyaların azaldılması sahəsində qabaqcıl təcrübələrin bölüşülməsi məqsədilə “Neft Daşları” NQÇİ-yə, Səngəçal terminalına sahə səfərləri təşkil edilib.

SOCAR-dan AZƏRTAC-a bildirilib ki, “Neft Daşları”na səfər SOCAR-ın vitse-prezidenti Əfqan İsayevin, habelə Neft-Qaz İqlim Təşəbbüsünün (Oil and Gas Climate Initiative – OGCI) və BMT-nin Ətraf Mühit Proqramının (United Nations Environment Programme – UNEP) nümayəndələrinin iştirakı ilə həyata keçirilib.

Səfər zamanı iştirakçılara neft-qaz əməliyyatları prosesində emissiyaların müasir cihazlar vasitəsilə monitorinqi, ölçülməsi, inventarlaşdırılması və azaldılması tədbirlərinin həyata keçirilməsinə dair SOCAR-ın qabaqcıl təcrübəsi haqqında ətraflı məlumatlar təqdim edilib.

İştirakçılar, həmçinin “Neft Daşları”nda həyata keçirilən “Sızmaların Azaldılması və Təmiri Layihəsi”nin (Leak Detection and Repair - LDAR) icrası haqqında məlumatlandırılıblar. Regionda ilk dəfə olaraq 2016-2022-ci illər ərzində SOCAR tərəfindən reallaşdırılan və emissiyaların azaldılmasını, sertifikatlaşdırılmasını özündə əks etdirən layihənin icrası nəticəsində qazanılan uğurlu təcrübədən yararlanaraq, 2023-cü ildə “Neft Daşları”nda ikinci və daha genişmiqyaslı LDAR layihəsinin həyata keçirilməsinə başlanılıb. Layihənin əsas üstünlüyü atılmaların azaldılması ilə ətraf mühitin qorunmasına töhfə vermək, həmçinin azaldılmış emissiya həcmlərinin ticarəti ilə əlavə investisiyaların əldə edilməsidir. Səfər zamanı iştirakçıların layihəyə dair sualları cavablandırılıb və qarşılıqlı müzakirələr aparılıb.

Həmçinin BP şirkətinin əməliyyatçısı olduğu Səngəçal terminalına səfər təşkil edilib. Səfər zamanı BP-nin əməkdaşları tərəfindən iştirakçılar üçün təqdimatlar keçirilib, terminalda neft-qaz əməliyyatları prosesində emissiyaların azaldılmasına dair şirkətin təcrübəsi və metanın ölçülməsi üzrə tətbiq olunan yeni texnologiyalar haqqında ətraflı məlumatlar təqdim edilib.

“Azəri-Mərkəzi-Şərqi” platformasının məsafədən idarəetmə mərkəzi ilə tanış olan iştirakçılara innovativ avtomatlaşdırılmış mexanizmlərin tətbiqi ilə platformanın Səngəçal terminalından idarə olunduğu barədə məlumat verilib. Platforma “Azəri-Çıraq-Günəşli” platformaları arasında, həmçinin BP-nin tam quruda idarə olunan ilk platformasıdır.

Qeyd edək ki, SOCAR və BP şirkətləri birgə Azərbaycanda qabaqcıl sənaye liderləri kimi Metan Rəhbər Prinsipləri (“Methane Guiding Principles” – MGP) çərçivəsində Qlobal Metan Azaldılması (“Advancing Global Methane Reduction” - AGMR) təşəbbüsünü icra edirlər.

Təşəbbüsün əsas məqsədi SOCAR və BP tərəfindən Azərbaycanda fəaliyyət göstərən neft-qaz operatorları üçün metan emissiyalarının ölçülməsi, hesabatlılığı və azaldılması fəaliyyətlərinin təşviq edilməsi, bu sahədə bilik və bacarıqların təkmilləşdirilməsi, habelə mövcud ən qabaqcıl texnologiyaların tətbiqini dəstəkləməkdən ibarətdir.

Seçilən
27
4
Mənbələr
Şərh ()
Bağla

Reytinq

BMCMİ paytaxt və bölgələrdə əməliyyatlar keçirib 46 kiloqram narkotik vasitə və 3 ədəd odlu silah aşkarlanıb » AzadMedia.az
1865
Sabah 25 dərəcə isti olacaq - PROQNOZ
1665
Şahdağa qar yağıb, Qax və Sabirabada dolu düşüb - FAKTİKİ HAVA
1527
Azərbaycanda bu məhsul bahalaşdı
1465
Qəza Rəisi yox, bu şəxsə görə törədilib? - YENİ FAKT
1271
Gəncədə insident – azarkeşlər futbolçuları döydülər (ÖZƏL, FOTO)
1254
Arif Quliyevin xanımı xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır
1238
Yeddi ölkədə Rəisiyə görə matəm elan edildi
1169
Prezident İlham Əliyev Volodimir Zelenski ilə regional təhlükəsizlik məsələlərini müzakirə edib
1138
Yağıntılı hava şəraiti sabah da davam edəcək
1131
Paşinyan sabiq deputata yüksək vəzifə verdi 
1119
Rövşanənin məscidin qarşısındakı FOTOsu tənqid olundu - FOTO
1092
6-cı sinif şagirdi qızılcadan ÖLDÜ
1081
İranın gündəliyi bir anda DƏYİŞDİ - Ayətullah Xamenei SƏRT GÖSTƏRİŞ VERDİ
1051
Yas mərasimlərində yemək vermək adəti LƏĞV EDİLDİ
1028
Helikopter qəzası ilə bağlı yeni xəbər
991
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
921
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
908
Dünyanın 8 ölkəsi İran prezidentinin ölümü ilə bağlı matəm elan edib
907
7 yaşında atasını, gənc yaşda isə qardaşını itirən Abdullahianın həyatı...
890