AZ

Qlobal Metan Azaldılması təşəbbüsü çərçivəsində SOCAR və BP şirkətlərinə səfərlər təşkil edilib

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Bakı. Trend:

Qlobal Metan Azaldılması təşəbbüsü çərçivəsində bir qrup yerlineft-qaz operatorlarının nümayəndələri üçün emissiyalarınazaldılması sahəsində qabaqcıl təcrübələrin bölüşülməsi məqsədilə“Neft Daşları” NQÇİ-yə, Səngəçal terminalına sahə səfərləri təşkiledilib.

SOCAR-dan Trend-ə bildirilib ki, “Neft Daşları”na səfər SOCAR-ınvitse-prezidenti Əfqan İsayevin, habelə Neft-Qaz İqlim Təşəbbüsünün(Oil and Gas Climate Initiative – OGCI) və BMT-nin Ətraf MühitProqramının (United Nations Environment Programme – UNEP)nümayəndələrinin iştirakı ilə həyata keçirilib.

Səfər zamanı iştirakçılara neft-qaz əməliyyatları prosesindəemissiyaların müasir cihazlar vasitəsilə monitorinqi, ölçülməsi,inventarlaşdırılması və azaldılması tədbirlərinin həyatakeçirilməsinə dair SOCAR-ın qabaqcıl təcrübəsi haqqında ətraflıməlumatlar təqdim edilib.

İştirakçılar, həmçinin “Neft Daşları”nda həyata keçirilən“Sızmaların Azaldılması və Təmiri Layihəsi”nin (Leak Detection andRepair - LDAR) icrası haqqında məlumatlandırılıblar. Regionda ilkdəfə olaraq 2016-2022-ci illər ərzində SOCAR tərəfindənreallaşdırılan və emissiyaların azaldılmasını,sertifikatlaşdırılmasını özündə əks etdirən layihənin icrasınəticəsində qazanılan uğurlu təcrübədən yararlanaraq, 2023-cü ildə“Neft Daşları”nda ikinci və daha genişmiqyaslı LDAR layihəsininhəyata keçirilməsinə başlanılıb.

Layihənin əsas üstünlüyü atılmaların azaldılması ilə ətrafmühitin qorunmasına töhfə vermək, həmçinin azaldılmış emissiyahəcmlərinin ticarəti ilə əlavə investisiyaların əldə edilməsidir.Səfər zamanı iştirakçıların layihəyə dair sualları cavablandırılıbvə qarşılıqlı müzakirələr aparılıb.

Həmçinin BP şirkətinin əməliyyatçısı olduğu Səngəçal terminalınasəfər təşkil edilib. Səfər zamanı BP-nin əməkdaşları tərəfindəniştirakçılar üçün təqdimatlar keçirilib, terminalda neft-qazəməliyyatları prosesində emissiyaların azaldılmasına dair şirkətintəcrübəsi və metanın ölçülməsi üzrə tətbiq olunan yenitexnologiyalar haqqında ətraflı məlumatlar təqdim edilib.

“Azəri-Mərkəzi-Şərqi” platformasının məsafədən idarəetmə mərkəziilə tanış olan iştirakçılara innovativ avtomatlaşdırılmışmexanizmlərin tətbiqi ilə platformanın Səngəçal terminalından idarəolunduğu barədə məlumat verilib. Platforma “Azəri-Çıraq-Günəşli”platformaları arasında, həmçinin BP-nin tam quruda idarə olunan ilkplatformasıdır.

Qeyd edək ki, SOCAR və BP şirkətləri birgə Azərbaycanda qabaqcılsənaye liderləri kimi Metan Rəhbər Prinsipləri (“Methane GuidingPrinciples” – MGP) çərçivəsində Qlobal Metan Azaldılması(“Advancing Global Methane Reduction” - AGMR) təşəbbüsünü icraedirlər.

Təşəbbüsün əsas məqsədi SOCAR və BP tərəfindən Azərbaycandafəaliyyət göstərən neft-qaz operatorları üçün metan emissiyalarınınölçülməsi, hesabatlılığı və azaldılması fəaliyyətlərinin təşviqedilməsi, bu sahədə bilik və bacarıqların təkmilləşdirilməsi,habelə mövcud ən qabaqcıl texnologiyaların tətbiqini dəstəkləməkdənibarətdir.

Qlobal
Qlobal
Seçilən
17
4
Mənbələr
Şərh ()
Bağla