EN

“Fənərbaxça”nın revanş mübarizəsi

Bu gün Konfrans Liqasında yarımfinalçılar müəyyənləşəcək.

İdman.biz xəbər verir ki, 1/4 finalın cavab oyunları çərçivəsində 4 matç baş tutacaq.

“Fənərbaxça” Yunanıstanda uduzduğu “Olimpiakos”dan revanş almaq üçün meydana çıxacaq. “Lill” “Aston Villa”, PAOK “Brügge” ilə ev görüşünə eyni istəklə başlayacaq. “Viktoriya” isə İtaliyada “Fiorentina”nı dayandırmaq üçün mübarizə aparacaq.

Qeyd edək ki, yarımfinal oyunları mayın 2-də və 9-da keçiriləcək.

Konfrans Liqası
1/4 final, cavab oyunları
18 aprel
20:45. “Lill” – “Aston Villa”

İlk oyun – 1:2

20:45. “Fiorentina” – “Viktoriya”
İlk oyun – 0:0

23:00. “Fənərbaxça” – “Olimpiakos”
İlk oyun – 2:3

23:00. PAOK – “Brügge”
İlk oyun – 0:1

İdman.biz

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
49
48
idman.biz

10Sources