AZ

Konfrans Liqası: "Olimpiakos" finalda "Fiorentina" ilə qarşılaşacaq

Konfrans Liqasında "Olimpiakos" və "Aston Villa" komandalarının qarşılaşdığı yarımfinal matçı başa çatıb.

“Report” xəbər verir ki, cavab matçı Yunanıstan komandasının 2:0 hesablı qələbəsi ilə başa çatdı (ümumi hesab 6:2). Beləliklə, "Olimpiakos" Konfrans Liqasının finalında İtaliyanın"Fiorentina" klubu ilə qarşılaşacaq.

Qeyd edək ki, final oyunu mayın 29-da Yunanıstanın Afinadakı "Ayasofya" stadionunda keçiriləcək.

"Fiorentina" Konfrans Liqasının finalında ardıcıl ikinci dəfə oynayacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
318
50
report.az

10Mənbələr