AZ

Konfrans Liqasında ikinci finalçı bəlli oldu

Bu gün futbol üzrə Avropa Konfrans Liqasında 2023/2024 mövsümünün yarımfinal mərhələsinin sonuncu cavab oyunu keçirilib.

Arena.az xəbər verir ki, ikinci finalçı Yunanıstanda müəyyənləşib.

Belə ki, bu ölkəni təmsil edən “Olimpiakos” doğma meydanda İngiltərənin “Aston Villa” komandasını sınağa çəkib. Afina klubu səfərdə adlı-sanlı rəqibinə qalib gəlmişdi – 4:2. Doğma meydanda da inamlı qələbəyə sevinən yunanlar sonuncu finalçı olublar.

Xatırladaq ki, daha öncə İtaliyanın “Fiorentina” komandası Belçika “Brügge”sini mübarizədən kənarlaşdıraraq finala vəsiqəni təmin etmişdi – 3:2, 1:1.

Avropa Konfrans Liqasında final görüşü mayın 29-da Afinadakı “Ayasofiya” stadionunda baş tutacaq. Həlledici oyunda “Fiorentina” və “Olimpiakos” komandaları üz-üzə gələcəklər.

Avropa Konfrans Liqası
Yarımfinalın cavab oyunları
8 may

“Brügge” (Belçika) – “Fiorentina” (İtaliya) 1:1
Qollar: Vanaken, 20 – Beltran, 85-pen.
Baş hakim: Halil Umut Meler (Türkiyə).
Brügge. Jan Breydel stadionu.
İlk oyun – 2:3.

9 may

“Olimpiakos” (Yunanıstan) – “Aston Villa” (İngiltərə) 2:0
Qollar: El Kaabi, 10; 81.
Baş hakim: Feliks Zvayer (Almaniya).
Piyer. Georgios Karaiskakis stadionu.
İlk oyun – 4:2.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
304
50
arena.az

10Mənbələr