EN

ABŞ generalı: Rusiya ordusu sürətlə böyüyür

Rusiya ordusu sürətlə böyüyür.Bakıvaxtı.az “Business Insider”ə istinadən xəbər verir ki, bunu NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı, ABŞ ordusunun generalı Kristofer Kavoli deyib.O bildirib ki, Rusiya ordusu Ukraynaya qarşı başlatdığı müharibənin ilk vaxtından etibarən 15 % böyüyüb: “Son bir ildə Rusiya cəbhə bölgəsindəki qoşunlarının sayını 360 mindən 470 minə çatdırıb. Bu, hərbi xidmətə çağırış yaşının 27-dən 30- a qaldırılması ilə bağlıdır”.K.Kavolinin sözlərinə görə, bütün bunlar o deməkdir ki, Rusiya yaxın illərdə çağırışçıların sayını 2 milyon nəfər artıra biləcək: “Ümumiyyətlə, Rusiya qitənin ən böyük ordusuna malik olmaq yolundadır. Müharibənin nəticəsinin necə olmasından asılı olmayaraq, Rusiya Qərbə qarşı daha aqressiv olacaq”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
207
50
bakivaxti.az

10Sources