- Gecə Modu
- Ana səhifə
- İstifadəçilər
- Səhifələr
- Reytinq
- Hava
- Valyuta
"Rusiya münaqişədə qalib gəlir"
Publika.az xəbər verir ki, Çikaqo Universitetinin professoru Con Mirşaymer "Judging Freedom" "YouTube" kanalına müsahibəsində bu mövzuda danışıb.
Kanalın aparıcısı, Nyu-Cersi Ali Məhkəməsinin keçmiş hakimi Endryu Napolitano professordan Rusiyanın NATO-nu darmadağın etdiyini deyərkən nəyi nəzərdə tutduğunu izah etməsini istəyib .
“Döyüş meydanında və səmada baş verənlərə baxsanız, Rusiya münaqişədə qalib gəlir. Onlar, şübhəsiz ki, hər cür Ukrayna hədəflərini havadan məhv edir və Ukrayna qüvvələrinə ciddi ziyan vururlar”, - Mirşaymer izah edib.
O əlavə edib ki, ABŞ və Avropa da faktiki olaraq münaqişədə iştirak edir və müvafiq olaraq, hazırda Ukrayna ilə birlikdə uduzur.