AZ

NATO və Rusiya qılıncları çəkdi: Şimali və Şərqi Avropada toqquşmalar mümkündür -PROQNOZ

Rəsmi Moskva NATO-ya xəbərdarlıq edib.Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko bildirib ki, Finlandiya və İsveçin NATO-ya daxil olması blokun şimaldakı ambisiyalarını artıracaq: “Rəsmi Helsinkinin NATO Quru Qoşunlarının Rusiya ilə sərhəddə qərargah yaratmaq planları barədə demək istəyirəm ki, təhdidlərə qarşı cavabımız adekvat olacaq”.Mövzu ilə bağlı "Sherg.az"a açıqlama verən politoloq İlyas Hüseynov deyib ki, Rusiya və NATO arasında münasibətlər ziddiyyətlərlə doludur:"Hazırda tərəflər arasında gərginlik açıq şəkildə hiss olunur. Xüsusilə Rusiya-Ukranya müharibəsi başlayandan sonra NATO-nun genişlənmə planı rəsmi Moskvanı narahat edir. İsveç və Finlandiyanın NATO-ya üzv olması Rusiyanın Şimali Avropada nüfuz və manevr imkanlarını azaldır. Bu xüsusda Rusiya NATO-nun genişlənməsinə cavab olaraq ətrafında anti-qərb koalisiyasını toplayır. Rusiya İran, Çin, Hindistan kimi ölkələrlə əməkdaşlıq təşkilatları yaradaraq anti-qərb ritorikasını dünyaya yayır. NATO isə Rusiyanın maraqları olan yerlərə soxularaq öz nüfuzunu çoxaltmağa çalışır. NATO-nun Rusiya sərhədlərinə kimi gəlməsi tərəflər arasındakı münasibətləri daha da gərginləşdirir. Bu günə kimi Rəsmi Moskva və Brüsselin arasında hərbi qarşıdurmaların baş verməməsinin yeganə səbəbi nüvə müharibəsi riskidir. Düşünürəm ki, qarşıdakı dövrdə birbaşa konfrantasiya ehtimal olunmasa da, müəyyən ərazilərdə bu toqquşmalar mümkündür. Əgər Rusiya-Ukranya müharibəsində Rusiyanın hansısa irəliləyişi, qalibiyyəti olarsa, Şimali və Şərqi Avropada toqquşmalar mümkündür".Yusif Məmmədxanlı

Seçilən
222
50
Mənbələr
Şərh ()
Bağla