AZ

NATO Rusiya sərhədinin yaxınlığında qərargah yaradır

NATO quru qoşunlarının qərargahını Finlandiyada, Rusiya sərhədinin yaxınlığında yerləşdirməyi planlaşdırır.
Ednews xəbər verir ki, bu sözləri Finlandiyanın Norveçin müdafiə naziri Börn Arild Qram deyib.
O bildirib ki, qərargah Finlandiyanın Mikkeli şəhərində yerləşəcək. Oradan Rusiya ilə sərhədə qədər cəmi 140 kilometrdir. Hərbi bölmələr ABŞ-ın Norfolk əyalətindəki hərbi blokun qərargah komandirlərinə tabe olacaq.
Nazirin sözlərinə görə, qərargah döyüş hazırlığının artırılmasına cavabdeh olacaq və sutka ərzində işləyəcək. NATO-nun iyulda keçiriləcək sammitində yeni bölmənin yaradılması planları müzakirə olunacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
140
50
ednews.net

10Mənbələr